Tramp Ağ Ev aparatının rəhbərini dəyişdi

Tramp Ağ Ev aparatının rəhbərini dəyişdi backend

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, Ağ Ev aparatının hazırkı rəhbər müavini və mənim ən etibarlı müşavirlərimdən biri olan Stiven Miller noyabrın 9-dan etibarən aparat rəhbəri olacaq".

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat paylaşıb.

"Ağ Ev aparatının rəhbəri postunda böyük işlər görmüş Syuzi Uaylz isə Trampın siyasi bölməsinə keçəcək. Aparat rəhbəri kimi göstərdiyi xidmətlərə görə ona təşəkkür etmək istəyirəm. O, mükəmməl bir iş ortaya qoydu!" — deyə Tramp qeyd edib.

QAZİLER.AZ