İran Rusiyadan S-400 sistemlərini istəyib - KİV

İran Rusiyadan S-400 sistemlərini istəyib - KİV backend

İranın Ali rəhbəri Müctəba Xamenei Rusiya Prezidenti Vladimir Putinə S-400 zenit-raket komplekslərinin tədarükü xahişi ilə şəxsi məktub göndərib.

Qaziler.az xəbər verir ki, "The Telegraph" nəşrinin yazdığına görə, Rusiya liderinə məktubu İranın təhlükəsizlik xidmətinin rəhbəri Möhsün Rzayi çatdırıb.

Nəşrin məlumatına görə, Tehran Rusiya sistemlərinin köməyi ilə ABŞ və İsrailin zərbələri nəticəsində ciddi zərər görmüş hava hücumundan müdafiə sistemini bərpa etməyə ümid edir.

QAZİLER.AZ