Ukrayna Abu-Dabidəki danışıqlarda Budanovla bağlı xəbəri təkzib etdi

Ukrayna Abu-Dabidəki danışıqlarda Budanovla bağlı xəbəri təkzib etdi backend

Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinə ölkənin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanov deyil, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov rəhbərlik edəcək.

Qaziler.az xəbər verir ki, "İnterfaks-Ukrayna" agentliyinin məlumatına görə, bunu Ukrayna liderinin kommunikasiya üzrə müşaviri Dmitro Litvin bildirib.

Daha əvvəl Budanov "CBS News" telekanalına müsahibəsində Əbu-Dabidəki danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcəyini bəyan etmişdi. Lakin daha sonra bəyanatın dərc olunduğu "CBS" telekanalının nümayəndələri müsahibənin həmin hissəsini siliblər.

"Xeyr, o, nümayəndə heyətinə rəhbərlik edəcəyini deməyib. O, sadəcə orada olacağını bildirib... O, oraya nümayəndə heyəti ilə birlikdə gedəcək, ona rəhbərlik etməyəcək", — deyə Litvin qeyd edib.

QAZİLER.AZ