Altayda tarixi ilk: Meteoritin tapıldığı təsdiqləndi

Altayda tarixi ilk: Meteoritin tapıldığı təsdiqləndi backend

Beynəlxalq Meteorit Komitəsi Altay Respublikası ərazisində tarixin ilk meteorit kəşfini rəsmi olaraq təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Geologiya və Mineralogiya İnstitutunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislərin müəyyən etdiyinə görə, kosmik daş Yer kürəsində bir neçə əsr qalıb və ona "Chulyshman" (Çulışman) adı verilib.

"Yerli sakinin evində 20 il qalan daş “Samotsvetı” birliyinin rəhbəri Viktor Lixaçova hədiyyə edilib. Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Geologiya və Mineralogiya İnstitutunda aparılan diaqnostikadan sonra isə tapıntı rəsmi Meteorit Bülleteninə daxil edilib", — deyə İnstitutun mətbuat xidmətindən bildirilib.

Meteoritin bir hissəsini Akademqorodokdakı Mərkəzi Sibir Geologiya Muzeyində, həmçinin Altay Respublikasının Verx-Uymon kəndində yerləşən "Samotsvetı" muzeyində görmək mümkün olacaq.

QAZİLER.AZ