Donald Tuskun çəkdiyi selfi gündəm oldu - FOTO

Donald Tuskun çəkdiyi selfi gündəm oldu - FOTO backend

Polşanın Baş naziri Donald Tusk deputatların açdığı və üzərində ingilis dilində "Tusk = dictator" yazılmış banerin fonunda foto çəkdirib.

Qaziler.az xəbər verir ki, Tusk sözügedən fotonu özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Tezliklə oxumağa və saat satmağa başlayacaqlar", — deyə Tusk paylaşımında qeyd edib.

Qeyd edək ki,  noyabrın 4-də Donald Tusk siyasi böhran fonunda gərginliyi azaltmaq naminə prezident Karol Navrotski ilə "təkbətək" görüşməyə hazır olduğunu bəyan etmişdi. Baş nazir vurğulamışdı ki, hər iki tərəf bir çox məsələdə mövqelərini qoruyub saxlasa da, ortaq məsuliyyət daşıyırlar.

Bundan əvvəl isə Tusk ölkədəki siyasi qeyri-sabitliyin Rusiya xüsusi xidmət orqanları tərəfindən "istifadə olunduğunu və alovlandırıldığını" iddia etmişdi.

QAZİLER.AZ