Almaniyanın Maqdeburq şəhərindən şimal-şərqdə yerləşən A2 magistral yoluna yüngül mühərrikli təyyarənin düşməsi nəticəsində iki nəfər həlak olub.
Qaziler.az xəbər verir ki, bu barədə şəhər polisinə istinadən "Bild" qəzeti məlumat yayıb.
Hadisə yerli vaxtla təxminən saat 14:48-də (Bakı vaxtı ilə 17:48) magistral yolun Burq şəhəri ilə "Kreenberge" istirahət zonası arasındakı hissəsində baş verib. Təyyarə hərəkət hissəsinə düşüb və alışıb. Hadisə yerinə gələn xilasedicilər təyyarənin qalıqları arasından iki nəfərin cəsədini çıxarıblar. İlkin məlumatlara görə, şossedə olan avtomobillərə ziyan dəyməyib.
Qəzaya uğrayan təyyarə iki yerlik ultra-yüngül "Aerostyle Breezer" modeli olub. Nəşrin məlumatına görə, təyyarə saat 12:33-də (Bakı vaxtı ilə 15:33) Şlezviqdki aerodromdan havalanıb.
QAZİLER.AZ

