Almaniya Kansleri Fridrix Merts ötən gecə ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.
Qaziler.az bildirir ki, "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinin məlumatına görə, bu barədə brifinq zamanı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Onun sözlərinə görə, danışıqlar əsnasında Merts "Ukrayna üzrə sülh danışıqlarında NATO tərəfdaşlarının iştirakını bir daha müdafiə edib", həmçinin "hər hansı sülh sazişinin Şimali Atlantika Alyansının tərəfdaşlarının konsensusu (ortaq razılığı) ilə əldə edilməli olduğunu" bəyan edib.
QAZİLER.AZ

