Almaniya Kansleri Fridrix Merts ötən gecə ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb və tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.
"Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinin məlumatına görə, bu barədə brifinq zamanı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Onun sözlərinə görə, danışıqlar əsnasında Mers "Ukrayna üzrə sülh danışıqlarında NATO tərəfdaşlarının iştirakını bir daha müdafiə edib", həmçinin "hər hansı sülh sazişinin Şimali Atlantika Alyansının tərəfdaşlarının konsensusu (ortaq razılığı) ilə əldə edilməli olduğunu" bəyan edib.

