NATO üçün kritik xəbərdarlıq: Nauseda Rusiya təxribatlarının təhlükəli həddə çatdığını bildirdi

NATO üçün kritik xəbərdarlıq: Nauseda Rusiya təxribatlarının təhlükəli həddə çatdığını bildirdi backend

Rusiyanın Avropaya qarşı təxribatları Qərbin cavab verməyə hazırlığını yoxlayır və NATO-nun 5-ci maddəsinin sınaq həddinə yaxınlaşır.

"RBC-Ukrayna" xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda bəyanat verib, məlumatı "Onet" nəşri yayıb.

Nausedanın sözlərinə görə, Litva Rusiya tərəfindən törədilə biləcək mümkün təxribatlar barədə kəşfiyyat məlumatları əldə edib. Bu səbəbdən ölkə, eləcə də Polşa, Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirib.

Prezident vurğulayıb ki, son insidentlər Avropaya qarşı aparılan genişmiqyaslı hibrid müharibənin bir hissəsidir. Bura qanunsuz miqrasiya, hava şarları və pilotsuz uçuş aparatlarının (PUA) uçuşları daxildir.

QAZİLER.AZ