Çinlilər kütləvi şəkildə Estoniya domenlərini alır

Çinlilər kütləvi şəkildə Estoniya domenlərini alır backend

Estoniyada domenlərin qiymətinin düşməsi çinli alıcıların marağına səbəb olub. İKT.lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, “Postimees” qəzeti bildirir ki, artıq çinli istifadəçilər .ee zonasında olan domenlərin 15 faizə qədərini əldə ediblər.


.ee domenlərinə xidmət göstərən Estoniya İnternet Fondunun məlumatına görə, hazırda bu domenlərin sayı 102,7 min ədəd təşkil edir. Dekabr ayının əvvəlinə çinlilər 14 min domen əldə ediblər. Bunlardan çoxu iki və ya üç hərfli domen adlardır.

Təxmin edilir ki, çinlilər bu domenləri sonradan gələcəkdə satmaq üçün kor-koranə əldə edirlər. Nəşr qeyd edir ki, misal üçün, hazırda onlar 1271.ee, 1272.ee 1273.ee, bbd.ee, ccd.ee, cce.ee, 4v.ee, 4f.ee, 4h.ee i 4i.ee kimi domenlərinə sahib çıxıblar.

Bu domenləri bir, iki və ya üç il müddətinə qeydiyyata almaq mümkündür. 2015-ci ildə domenin qeydiyyata alınması ödənişləri onun vaxtından asılı olaraq 9 avro, 17 avro və 24 avro təşkil edir. Bu da 2014-cü ildəki qiymətlərdən bir qədər aşağıdır. Belə ki, daha əvvəlki ildə domenin qeydiyyata alınması üçün ödənişlər 12 avro, 23 avro və 33 avroya bərabər olub.