Tramp: "Yaxın bir-iki həftə ərzində maraqlı hadisələr baş verəcək"

Tramp: "Yaxın bir-iki həftə ərzində maraqlı hadisələr baş verəcək" backend

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında yaxın bir-iki həftə ərzində bir çox mühüm hadisələrin baş verəcəyini bəyan edib.

Qaziler.az bildirir ki, Trampın çıxışı "NBC News" telekanalı vasitəsilə canlı yayımlanıb.

"Növbəti həftə, iki həftə ərzində çoxlu maraqlı şeylər görəcəksiniz. Çoxlu hazırlıqlarımız var", — deyə o bildirib.

Amerika lideri həmçinin ölkədə minlərlə zavodun tikildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tətbiq etdiyi gömrük rüsumları bu layihələrin reallaşmasında mühüm rol oynayır.

Tramp Rusiya və Ukrayna arasındakı müharibənin çox tezliklə başa çatacağına əminliyini ifadə edib.

Bununla yanaşı, Ağ Ev rəhbəri miqyaslı sülh sazişinin hazırlandığını xatırladıb. O qeyd edib ki, əldə olunacaq razılaşmalar təkcə Ukrayna böhranının tənzimlənməsi ilə məhdudlaşmaya və "bütün Avropanı əhatə edə" bilər.

QAZİLER.AZ