Avropa dövlətləri Rusiya ilə dialoq qurmaq əvəzinə, ona qarşı tətbiq etdikləri sanksiyaları daha da gücləndirməlidirlər.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 6-da Estoniyanın Baş naziri Kristen Mixal bəyanat verib.
"Avropanın sanksiyalar vasitəsilə Rusiyanı iqtisadi cəhətdən boğmağa yönəlmiş və həqiqətən işə yarayan bir planı var", - "Politico" qəzetinə müsahibəsində hökumət başçısı bildirib.
Mixal həmkarlarına müraciət edərək, onları Moskvaya "xoş görünməyə" çalışmamağa çağırıb. Bunun əvəzinə o, Avropa ölkələrini birləşməyə və güc nümayiş etdirməyə səsləyib.
QAZİLER.AZ

