Çində 5,0 maqnitudalı güclü zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu təbiət hadisəsi barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat yerləşdirilib.
Yeraltı təkanlar noyabrın 5-i, cümə axşamı günü yerli vaxtla saat 22:56-da (Bakı vaxtı ilə 18:56) Kəşmir və Sincan regionlarının sərhədində qeydə alınıb. Zəlzələnin episentri Xotan şəhərindən 228 kilometr cənub-qərbdə, ocağı isə yerin 90 kilometr dərinliyində yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik hər hansı məlumat daxil olmayıb.
QAZİLER.AZ

