Latviyada NATO-nun hərbi təlimləri nəticəsində fermalardan birində inəklər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə "Facebook" sosial şəbəkəsində "Zootēka" heyvanları müdafiə təşkilatı məlumat yayıb.
"Namejs" hərbi təlimlərindən sonra yaşanan güclü stress və panika səbəbindən fermadakı heyvanlar müxtəlif travmalar alıblar, onlardan biri isə hazırda kritik vəziyyətdədir, - məlumatda deyilir.
Fermerin sözlərinə görə, intensiv atəş səsləri inəkləri ciddi şəkildə qorxudub. Panika içində çəpərlərin üzərindən tullanmağa çalışan heyvanlar arasında basırıq yaranıb. Heyvanları müdafiə təşkilatı Latviya Silahlı Qüvvələrinin bu insidenti diqqətdən kənarda qoymayacağına ümid etdiyini bildirib.
QAZİLER.AZ

