Slovakiyada Ukrayna hərbçilərinin davası ölümlə nəticələndi - Şübhəli şəxs saxlanılıb

Slovakiyada Ukrayna hərbçilərinin davası ölümlə nəticələndi - Şübhəli şəxs saxlanılıb backend

Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri Slovakiyada ölümlə nəticələnən dava törədiblər.

Qaziler.az bildirir ki, bu barədə Slovakiyanın "PLUS 7 DNÍ" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Trençin şəhərindəki otellərdən birində baş verib. Nəşrin qeyd etdiyinə görə, davada iştirak edən hərbçilər USQ-nin Hərbi Hava Qüvvələrinin mənsubları olublar. Münaqişə zamanı kişilərdən biri rəqibinə bıçaqla hücum edib. Hadisə yerinə gələn həkimlər zərərçəkmişi reanimasiya etsələr də, o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən 53 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Sonradan USQ Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Yuri İqnat baş vermiş hadisə barədə yayılan məlumatlara münasibət bildirib. O, "RBC-Ukrayna"ya açıqlamasında qeyd edib ki, hazırda Slovakiyada Ukraynaya məxsus nə pilotlar, nə də digər aviasiya heyəti var. İqnatın sözlərinə görə, ukraynalı hərbçilər xaricdəki uçuş hazırlıqlarını tamamilə başqa ölkələrdə keçirlər.

QAZİLER.AZ