Özbək bloger Daşkənddə qalmaqallı reklamına görə həbs edilib - VİDEO

Özbək bloger Daşkənddə qalmaqallı reklamına görə həbs edilib - VİDEO backend

Sosial şəbəkələrdə tanınmış bloqer Nilufər Həmidovanın iştirakı ilə yayımlanan və geniş ictimai rezonansa səbəb olan reklam çarşı ilə bağlı məhkəmə qərarı verilib.

Sözügedən videoda bloqer qadının instinktiv olaraq ikitərəfli (inandırıcı olmayan) məna kəsb edən "Yenə istəyirəm" ifadəsini dəfələrlə təkrarladığı, çarxın sonunda isə söhbətin əslində kosmetika dəstindən getdiyi məlum olur.

Cinayət işləri üzrə Yunusabad Rayon Məhkəməsində bloqer barəsində inzibati xəta haqqında işə baxılıb.

Məhkəmə iclasında Nilufər Həmidova törətdiyi əməldən peşman olduğunu bildirərək üzr istəyib və bir daha bu qəbildən olan materiallar paylaşmayacağına söz verib: "Xalqımdan üzr istəyirəm. Bir daha belə məzmunlu videolar yayımlamayacağam. Görmüş olacaqsınız ki, bundan sonra yalnız yaxşı, gözəl çarxlar ərsəyə gələcək. Sizin bir daha qeyd və tənqidləriniz üçün əsasınız olmayacaq".

Məhkəmənin qərarına əsasən, o, Özbəkistan Respublikası İnzibati Məsuliyyət Haqqında Məcəlləsinin 183-cü maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinib. Bloqer barəsində 7 günlük inzibati həbs cəzası tətbiq edilib.

QAZİLER.AZ