Dmitriyev Melaniya Trampa Aleşkidən olan bir qızın rəsmini hədiyyə etdi.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev ABŞ-ın birinci xanımı Melaniya Trampa Xerson vilayətinin Aleşki qəsəbəsindən olan 11 yaşlı Lidiyanın çəkdiyi rəsmi təqdim edib və humanitar missiyanın təşkilində göstərdiyi köməyə görə ona təşəkkür edib.
Qaziler.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın rəsmi nümayəndəsi bu hədiyyəni Ağ Evdə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratovanın da iştirak etdiyi tədbir zamanı çatdırıb.
"Melaniya, siz o qədər insanın həyatını xilas etdiniz və qəlbinə toxundunuz ki... Minnətdarlıq əlaməti olaraq sizə kiçik bir hədiyyə — Aleşkidən olan 11 yaşlı qızcığaz Lidiyanın rəsmini təqdim etmək istərdik", – deyə Dmitriyev bildirib.
Məlumata görə, balaca qız çəkdiyi rəsmin üzərinə "Mən Melaniyanı sevirəm" sözlərini yazıb. Dmitriyev qeyd edib ki, bu ismarış ABŞ-ın birinci xanımına qarşı xüsusi bir minnətdarlıq ifadəsidir və hər hansı diplomatik bəyanatdan daha böyük məna kəsb edir.
QAZİLER.AZ

