Avropa Parlamentinin yunan üzvü Ukraynada insan haqlarının pozulmasına son qoyulmasını tələb edib

Avropa Parlamentinin yunan üzvü Ukraynada insan haqlarının pozulmasına son qoyulmasını tələb edib backend

Ukraynada insan hüquqlarının pozulması hallarına son qoyulmalıdır.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 5-də Yunanıstandan olan Avropa Parlamenti deputatı Emmanuil Franqos "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki hesabında bildirib.

"Aralarında 14 yaşlı yeniyetmənin də olduğu 40-dan çox kişi həftələrlə Ukrayna Milli Qvardiyası tərəfindən saxlanılıb, üstəlik, hətta uşaqlar da işgəncələrə məruz qalıb. Ukraynada insan hüquqlarının pozulması dayandırılmalıdır", – deyə avropalı deputat yazıb.

Avroparlament üzvü bu cür reaksiyanı Kiyev yaxınlığındakı Petropavlovskaya Borşçaqovka qəsəbəsində insanların qanunsuz saxlanıldığı və işgəncələrə məruz qaldığı gizli həbsxana barədə yayılan məlumatlara cavab olaraq bildirib.

QAZİLER.AZ