Aşpaz ananasa görə işdən çıxarılıb

Aşpaz ananasa görə işdən çıxarılıb backend

Avstraliyada italyan aşpaz ananaslı pizza hazırlamaqdan imtina etdiyinə görə işdən çıxarılıb.

Avstraliyada məhkəmə, bu ilin may ayında Brisbendəki "La Costa" restoranından qovulan italiyalı şef-aşpaz Davide Tamburellanın işinə baxıb.

Aşpazın işdən çıxarılmasının əsas səbəblərindən biri — tədbir qonaqları üçün vetçina və ananaslı pizza hazırlamaqdan imtina etməsi olub. Şef-aşpaz bunun "italyan mədəniyyətinə təhqir" olduğunu bildirib. Komissiyanın məlumatına görə, o, son dörd il ərzində artıq üçüncü dəfədir ki, pizzaya ananas əlavə etməkdən boyun qaçırır.

Bununla yanaşı, restoran rəhbərliyinin aşpaza qarşı qeyri-etik ldavranışa görə də şikayətləri olub. Tamburella haqsız işdən çıxarılma ilə bağlı Ədalətli əmək komissiyasına müraciət etsə də, iddiası gecikdirildiyi üçün rədd edilib. Həmçinin o, işəgötürənin ona viza dəstəyi göstərəcəyinə ümid edirdi, lakin işdən çıxarıldıqdan sonra restoran bu prosesi dayandırıb.

Restoranın meneceri Elliot İnqrem qeyd edib ki, bu hadisədə məsələ "sadəcə pizzanın içliyindən daha dərindir".

Hazırda italiyalı şef-aşpaz Brisbendəki başqa bir restoranda çalışır və həmin məkanın menyusunda ananas yoxdur.

QAZİLER.AZ