Britaniyalı nazir jurnalistin çipslərlə bağlı sualına əsəbiləşdi - VİDEO

Britaniyalı nazir jurnalistin çipslərlə bağlı sualına əsəbiləşdi - VİDEO backend

Böyük Britaniyanın ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı üzrə naziri Anjela İql jurnalistin ölkədə hisə verilmiş bekon dadlı çipslərin qadağan oluna biləceyi ilə bağlı fikirlərinə aydınlıq gətirməsini istədikdən sonra özündən çıxıb.

Qaziler.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.

"Times Radio"nun aparıcısı Stiq Abell nazirdən soruşub ki, mahiyyətcə vegetarian qəlyanaltısı olan bu cür məhsulların qablaşdırması üzərindəki "ət dadı" ifadəsi Avropa İttifaqının (Aİ) qanunlarına zidd deyilmi?

"Əgər biz indi hisə verilmiş bekon dadlı çipslərin qadağan olunmasından danışırıqsa, məncə, siz fərqli bir həyat yaşamağa başlamalı və həyatın mahiyyətini başa düşməlisiniz", — deyə İql vurğulayıb.

Sözügedən qanun, vegetarian məhsulları üçün "ət" etiketlərinin istifadəsini qismən məhdudlaşdıran Avropa Birliyi qanunudur. Qanun bitki mənşəli, yəni vegetarian məhsulların qablaşdırılmasında ət və heyvandarlıqla bağlı terminlərin (məsələn: "bekon", "kolbasa", "kotlet", "ətli") istifadə olunmasını qismən məhdudlaşdırır. Yəni, bir məhsul bitkidən hazırlanıbsa, onun üzərinə birbaşa ət məhsulu olduğunu iddia edən adlar yazmaq olmaz.

QAZİLER.AZ