Avropa İttifaqı (Aİ) Ukraynaya ölkə büdcəsinə və ordunun ehtiyaclarına yönəldiləcək daha 4,36 milyard avro vəsait ayıracaq.
Qaziler.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.
"Ukrayna müharibə şəraitində beşinci qışına qədəm qoymaq üzrədir. Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq səyləri davam edərkən, Aİ tərəfindən sarsılmaz dəstək də saxlanılır", — deyə o qeyd edib.
Avropa Komissiyasının saytında yer alan məlumata görə, yeni yardım paketi 90 milyard avroluq kredit çərçivəsində ayrılıb. Vəsaitin 3,7 milyard avrosu makromaliyyə yardımı, daha 660 milyon avrosu isə müdafiə (hərbi) təyinatlı dəstəkdir.
QAZİLER.AZ

