Rusiya İrana raket qurğuları tədarük edəcək

Rusiya İrana raket qurğuları tədarük edəcək backend

Rusiya İrana helikopterlərdə istifadə üçün nəzərdə tutulmuş idarə olunan raketlərə aid 90 ədəd buraxıcı qurğu tədarük etməyə razılaşıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Rusiya müdafiə sənayesi müəssisəsinin istehsal sənədlərinə istinadən məlumat yayıb.

Ukraynanın “Dallas Analytics” özəl kəşfiyyat təşkilatı tərəfindən qəzetə təqdim edilən sənədlərdə yeddi Rusiya müştərisi və iki xarici alıcının – Çin və “K-10” kod adı ilə qeyd olunan qurumun adı yer alıb. Məlumata görə, “Rosoboronexport” şirkəti “K-10” kodundan İranı ifadə etmək üçün istifadə edir.

Sənədlərə əsasən, 2024-cü ilin may ayında raket və buraxılış sistemləri istehsal edən Rusiyanın “Vympel” şirkəti Mühəndis-Konstruktor Bürosuna (KBM) APU-L və APU-305 tipli raket buraxıcı qurğuların komponentlərinin tədarükünü sürətləndirmək barədə göstəriş verib. 

QAZİLER.AZ