Qırğızıstanda energetik içkilər qadağan edilir

Qırğızıstanda energetik içkilər qadağan edilir backend

Qırğızıstan Prezidenti Sadır Japarov hökumətə bir ay ərzində energetik içkilərin istehsalı və idxalının tamamilə qadağan edilməsi imkanlarını nəzərdən keçirməyi tapşırıb.

Qaziler.az “Sputnik Kyrgyzstan”a istinadla xəbər verir ki, Qırğızıstan Nazirlər Kabineti növbəti altı ay ərzində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görməlidir.

Japarovun sözlərinə görə, bu təşəbbüs energetik içkilərin əhalinin sağlamlığına göstərdiyi mənfi təsirlərlə bağlı yaranan narahatlıqdan irəli gəlir.

Prezident bu içkilərin istehlakına dair statistikanı da təqdim edib. 2025-ci ildə Qırğızıstan sakinləri 54 milyon 199 min litr energetik içki (təxminən 129 milyon banka) istehlak ediblər. 2026-cı ilin birinci yarısında isə bu göstərici artıq 36 milyon 83 min litrə, yaxud təxminən 85,9 milyon bankaya çatıb.

QAZİLER.AZ