Amerikanın "Google" şirkəti xərclərin azaldılması planı çərçivəsində Almaniya, Kanada, Fransa, İsveçrə və Yaponiyadakı əməkdaşları üçün kompensasiya ödənilməklə könüllü işdənçıxma proqramını genişləndirib.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, işçilərin ixtisar olunmasının səbəbi süni intellekt sahəsinə edilən irimiqyaslı investisiyalar fonunda xərclərin optimallaşdırılmasıdır.
Bildirilib ki, 2025-ci ildə bu cür tədbirlər yalnız ayrı-ayrı komandalara şamil edildiyi halda, 2026-cı ilin yayında proqram bir neçə ölkəni əhatə edəcək şəkildə genişləndirilib. Könüllü işdənçıxma ilə bağlı əvvəlki təkliflər "Google"un əsas bölmələri olan "Google Cloud" və "DeepMind" əməkdaşlarına şamil olunmamışdı. Agentliyin yazdığına görə, ehtimal olunur ki, eyni sxem bu dəfə də qüvvədədir.
QAZİLER.AZ

