Məğlubiyyətdən sonra Tramp nə ilə məşğul olacaq?

Məğlubiyyətdən sonra Tramp nə ilə məşğul olacaq? backend

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə keçirilən aralıq seçkilərindəki genişmiqyaslı məğlubiyyətindən sonra diqqətini xarici siyasətə yönəltmək niyyətindədir.

Qaziler.az xəbər evrir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Gözlənilir ki, indi, yəni demokratların Konqres üzərində nəzarəti ələ keçirdiyi bir vaxtda, ABŞ lideri milli təhlükəsizlik məsələlərindəki geniş səlahiyyətlərindən daha çox istifadə edəcək.

Ehtimallar arasında siyasətçinin öz siyasi irsini gücləndirməyə çalışdığı bir dövrdə İrana yeni zərbələrin endirilməsi, Ukrayna məsələsinə görə Avropa ilə münasibətlərdəki uçurumun dərinləşməsi və Kubaya mümkün müdaxilə yer alır.

Tramp, həmçinin tarifləri artıra və xarici siyasətdə daha genişmiqyaslı dəyişikliklərə can ata bilər.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyası inamlı qələbə qazanaraq Konqresin hər iki palatasında çoxluğu əldə edib və nəzarəti Respublikaçılar Partiyasından alıb. Tramp bu məğlubiyyəti İrana qarşı müharibənin fəsadları, ilk növbədə isə benzinin qiymətinin artması ilə əlaqələndirib.

QAZİLER.AZ