Aİ Gürcüstanı vizasız rejimin ləğvi ilə hədələdi

Aİ Gürcüstanı vizasız rejimin ləğvi ilə hədələdi backend

Avropa İttifaqı (Aİ) 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

Bundan əlavə, Avropa Komissiyası məhdudiyyətlərin bütün Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişinə şamil edilə biləcəyi barədə də xəbərdarlıq edib.

"Hazırda bütün variantlar nəzərdən keçirilir", - deyə Kallas qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti guya demokratik prinsiplərdən dolayı geri çəkilib. Kallas, həmçinin hesab edir ki, Brüssel və Tbilisi arasındakı münasibətlər tamamilə əks istiqamətlərdə inkişaf edir.

Qeyd edək ki, Avropa Komissiyası hər il Avropa İttifaqına (Aİ) qoşulmaq istəyən ölkələr barədə böyük bir hesabat hazırlayır. 4 noyabrda dərc olunan son hesabatda Gürcüstan hakimiyyətinə çox ciddi bir xəbərdarlıq edilib.

Səbəb odur ki, Avropa rəsmiləri daha əvvəl Gürcüstan hökumətinə ölkədə demokratiyanın səviyyəsi, insan haqları və azadlıqların qorunması ilə bağlı bəzi tələblər və iradlar irəli sürüblər. Lakin hesabatda qeyd olunur ki, Gürcüstan tərəfi bu problemləri həll etmək üçün heç bir addım atmayıb. Belə ki, hökumətin bu addımlarına görə cəzanı sadə xalq çəkə bilər. Avropa Komissiyası bildirir ki, əgər belə davam edərsə, bütün Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedib-gəlmək hüququ (vizasız rejim) tamamilə əllərindən alına bilər.

Hesabatda o da vurğulanır ki, Gürcüstanın Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb, ölkə isə üzvlüyə namizəd statusunu "yalnız formal olaraq" qoruyub saxlayır.

QAZİLER.AZ