Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maskı Kiyev və Avropaya məsləhətlər verdiyinə, həmçinin rus əsgərlərinə rəğbətlə yanaşdığına görə tənqid edib.
Qaziler.az xəbər verir ki, Ukrayna lideri biznesmenə olan münasibəti barədə ZDF telekanalının efirində teleaparıcı Yan Böhmermanna verdiyi müsahibədə danışıb.
"İlon Maskın təsiri, onun öz paylaşımlarında dedikləri, Avropanın necə yaşamalı olduğu, Almaniyada kimin aparıcı rol oynamalı olduğu, Ukraynada kimin hakimiyyətdə olmalı olduğu barədə düşüncələri sadəcə söz deyil. Bu sözlər çox zəngin bir insandan gələndə təsir göstərir. Və onun bu proseslərə təsir etmək hüququ yoxdur. O, başqa ölkənin vətəndaşıdır", — deyə Zelenski qeyd edib.
Zelenski həmçinin vurğulayıb ki, Maskın Ukraynadakı münaqişəyə yanaşması onun xoşuna gəlmir, çünki o, rus əsgərlərinə insani hisslərlə yanaşır.
Bundan əlavə, Ukrayna prezidenti "bu dərəcədə böyük gücün çox zəngin bir insanın əlində cəmləşməsinin çox təhlükəli olduğunu" bildirib.
QAZİLER.AZ

