Nyu-York şəhərinin meri Zöhran Mamdani ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İran müharibəsi ilə bağlı açıqlamasına münasibət bildirərək Tramp administrasiyasını tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə o, "NBC News" kanalına açıqlamasında deyib.
Mamdani Vensin müharibənin Respublikaçılar Partiyasının seçkilərdəki məğlubiyyətinə səbəb olduğunu bildirən paylaşımını ironik adlandırıb. O vurğulayıb ki, Vens sadəcə sosial media şərhçisi deyil, ABŞ-nin vitse-prezidentidir və təmsil etdiyi administrasiyanın qərarlarına görə məsuliyyət daşıyır.
Nyu-York meri qeyd edib ki, İranla müharibəni məhz hazırkı administrasiya başladıb və onun dayandırılması da həmin administrasiyanın əlindədir. Mamdani administrasiyanın müharibənin siyasi süqutuna səbəb olduğunu düşünməsi halında, bunu dayandırmaq üçün real addımlar atmalı olduğunu bildirib.

