Oteldə ölü tapılan nazirin ölüm səbəbi açıqlanıb

Oteldə ölü tapılan nazirin ölüm səbəbi açıqlanıb backend

Almaniyanın Bavariya federal əyalətinin iqtisadiyyat naziri Hubert Ayvangerin səhhətində yaranan problemlər səbəbindən vəfat etdiyi ehtimal olunur.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda siyasətçinin zorakılıq nəticəsində öldüyünü göstərən əlamətlər aşkarlanmayıb.

Partiyadakı mənbələr bildiriblər ki, Ayvanger noyabrın 4-də səhər saatlarına planlaşdırılan müsahibəsini özünü pis hiss etdiyi üçün ləğv edib. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, 55 yaşlı siyasətçi Berlinin “Neuer Fritz” otelində ölü tapılıb. O, səhhətindəki problemlərə görə “Azad Seçicilər” Partiyasının Berlində yeni nümayəndəliyinin açılışında iştirak etməyib.

Qeyd edək ki, Ayvanger “Azad Seçicilər” Partiyasının sədri, Bavariyanın iqtisadiyyat naziri və Baş nazir Markus Zöderin müavini idi.

Ölümün dəqiq səbəbi hələlik rəsmi şəkildə müəyyən edilməyib.