Amerika Birləşmiş Ştatlarının lideri Donald Tramp Pentaqonun rəhbəri Pit Heqseti işdən çıxarmaq niyyətində olmadığını bəyan edib.
Qaziler.az ABŞ liderinin bu sözlərini "Fox News" telekanalı yayıb.
“Xeyr, mən hesab edirəm ki, o, işinin öhdəsindən çox yaxşı gəlir”, — deyə Ağ Evin sahibi bildirib.
Cari ilin oktyabr ayının sonunda "CNN" telekanalı məlumat yaymışdı ki, əgər demokratlar Konqresə aralıq seçkilərində qələbə qazanarlarsa, Heqsetin siyasi gələcəyi təhlükə altına düşə bilər.
Qeyd edök ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkiləri keçirilib. Seçkilərdə Senatın üçdə biri, Nümayəndələr Palatasının tam tərkibi və ölkənin 36 ştatında qubernatorlar seçilib. Seçkilərə qədər hər iki palata hakim Respublikaçılar Partiyasının nəzarəti altında idi. Seçkilərin nəticələrinə əsasən 120-ci çağırış Konqres formalaşacaq və o, 3 yanvar 2027-ci il tarixində fəaliyyətə başlayacaq.
QAZİLER.AZ

