BƏƏ yeni neft kəməri inşa etməyi planlaşdırır - Hörmüz boğazına alternativ

BƏƏ yeni neft kəməri inşa etməyi planlaşdırır - Hörmüz boğazına alternativ backend

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə neft ixracı üçün bu su arteriyasından yan keçən yeni neft kəmərinin tikintisi ideyasını nəzərdən keçirir.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Abu-Dabi Milli Neft Şirkəti (ADNOC) ölkənin qərb sahilindən başlayaraq şərqdəki Əl-Füceyrə limanına qədər uzanacaq neft kəməri layihəsi üzərində işləyir.

Boru kəmərinin kənar istifadəçilər üçün də əlçatan olması planlaşdırılır. Onun inşası gələcəkdə Hörmüz boğazı vasitəsilə nəqliyyatda çətinliklər yaransa belə, Abu-Dabiyə karbohidrogenlərin müştərilərə çatdırılmasını daha etibarlı şəkildə təmin etmək imkanı verəcək.

QAZİLER.AZ