Vens respublikaçıların seçkilərdə uduzmasının səbəblərini açıqladı

Vens respublikaçıların seçkilərdə uduzmasının səbəblərini açıqladı backend

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibəni aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəbi adlandırıb. Siyasətçi vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp da ötən gecə analoji bəyanatla çıxış edib.

Qaziler.az bu barədə “Reuters”ə istinadla xəbər verir.

“Bizim niyə uduzduğumuz hər kəsə məlumdur. Bundan sonra nə edəcəyimiz barədə hər bir dürüst müzakirə məhz buradan başlamalıdır. Mən hələ də ölkəmizə ümid bəsləyirəm”, — deyə Vens özünün "X" hesabında yazıb.

Digər səbəblər arasında o, inflyasiyanın artmasını və İsraillə münasibətləri qeyd edib.

Qeyd edək ki, 3 noyabr 2026-cı il tarixində ABŞ-də Konqresə aralıq seçkiləri keçirilib. İlkin nəticələrə görə, Demokratlar Partiyası ABŞ Konqresinin hər iki palatası üzərində nəzarəti ələ keçirib.

QAZİLER.AZ