Polşada alman hərbi yük maşınları toqquşdu: 10 kilometrlik tıxac yarandı - FOTO 

Polşada alman hərbi yük maşınları toqquşdu: 10 kilometrlik tıxac yarandı - FOTO  backend

Polşanın Aşağı Sileziya voyevodalığında, A4 avtomagistralının Kostomlotı yol qovşağı yaxınlığında Almaniya ordusuna məxsus üç yük avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Qaziler.az xəbər verir ki, “RMF 24” radisounun məlumatına görə, yaralıların hamısı hərbi avtomobillərin sürücüləridir.

Qeyd olunub ki, yük maşınları naməlum səbəbdən toqquşub. Hər üç sürücünün huşu özündə olub və onlar müayinə olunmaq üçün xəstəxanaya çatdırılıblar.

Yanğınsöndürənlər radiostansiyaya bildiriblər ki, alman hərbçiləri digər yüklərlə yanaşı, 150 litr dizel yanacağı da daşıyırmışlar. Xoşbəxtlikdən, yanacaq çəlləyinə ziyan dəyməyib və sızma baş verməyib.

Qəza hərəkətin ciddi şəkildə məhdudlaşmasına səbəb olub. Təxminən 10 kilometr uzunluğunda tıxac yaranıb. Zərər görmüş yük avtomobillərinin yoldan kənarlaşdırılması ilə Polşanın Hərbi Jandarması məşğul olacaq.

QAZİLER.AZ