İranın hərəkətləri Yaxın Şərqdəki mövcud münaqişələrin əsas səbəbi olub və digər dövlətlər tərəfindən hərbi cavab addımları atılması üçün zəmin yaradıb.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın XİN rəhbəri Vadeful Anna Villin siyasi podkastında bəyan edib.
Nazir vurğulayıb ki, İran nüvə silahına sahib olmağa hazırlaşır və qonşu ölkələrdəki silahlı qruplaşmalara fəal dəstək göstərir. Onun sözlərinə görə, həmin qruplaşmalar isə bu dövlətlərin milli suverenliyini tamamilə gözardı edirlər.
"Tehranın davranış xəttini zərərsiz və ya dostyana kimi səciyyələndirmək olmaz", - Vadeful qeyd edib.
XİN başçısının qiymətləndirməsinə görə, Tehranın cari siyasəti digər ölkələrə özünümüdafiə və cavab tədbirləri görmək üçün qanuni əsaslar verir.
O əlavə edib ki, beynəlxalq ictimaiyyətin İranın hərəkətlərinə reaksiyası təəssüf ki, hərbi də ola bilər.
QAZİLER.AZ

