London ukraynalı uşaqlardan üzr istədi - Rus dilinə görə…

London ukraynalı uşaqlardan üzr istədi - Rus dilinə görə… backend

Böyük Britaniya hakimiyyəti ölkədə imtahan vermək üçün rus dilini öyrənmələri təklif olunan ukraynalı qaçqın uşaqlardan üzr istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.

“Çox sayda şagird rus dilini öyrənmək məcburiyyətində qaldı. Onların belə bir vəziyyətdə qalmasına görə səmimi qəlbdən təəssüf edirəm”, - deyə ölkənin təhsil nazirinin müavini Corciya Quld bildirib.

O, Ukrayna dili üzrə yeni GCSE proqramının işə salındığını elan edib. Söhbət 340 min funt-sterlinq məbləğində qrantdan gedir. Hazırlıq işlərinin 2028-ci ilə qədər başa çatacağı, ukraynalı uşaqların öz ana dillərində imtahan vermək imkanının isə 2029-cu ildə baş tutacağı gözlənilir. İmtahanda danışıq, oxu və yazı bacarıqları qiymətləndiriləcək.

Qəzetin məlumatına görə, Böyük Britaniyadakı 30 mindən çox ukraynalı qaçqın uşaq var.

QAZİLER.AZ