Peskov Ukrayna heyətinin tərkibi barədə danışdı

Peskov Ukrayna heyətinin tərkibi barədə danışdı backend

Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi ilə bağlı sual Kiyev nümayəndələrinə ünvanlanmalıdır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal"a şərhində bildirib.

“Bunu biz yox, Ukrayna tərəfi deməlidir”, — deyə Kreml rəsmisi Ukrayna nümayəndə heyətinin tərkibinin məlum olub-olmaması barədə suala cavabında bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bəyan edib ki, Rusiya və Ukrayna ABŞ-nin vasitəçiliyi ilə noyabrın 10–11-də Əbu-Dabidə danışıqlar aparacaqlar. Daha sonra Peskov Rusiya nümayəndə heyətinin bu görüşdə iştirak edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya tərəfindən yenə Prezidentin köməkçisi Vladimir Medinski olacaq.

QAZİLER.AZ