Husilər Ər-Riyadda hava limanını ballistik raketlə vurdu

Husilər Ər-Riyadda hava limanını ballistik raketlə vurdu backend

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Ər-Riyadın beynəlxalq hava limanına ballistik raket vasitəsilə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria “Telegram” kanalında məlumat yayıb.

“Silahlı qüvvələrimiz düşmən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanına ballistik raket zərbələri endirmək məqsədilə əməliyyat keçirməyə nail olub. Nəticədə hava limanına birbaşa zərbə endirib və ciddi ziyan dəymişdir”, - deyə hərəkatın nümayəndəsi yazıb.

Qeyd edək ki, bölgədəki vəziyyətin gərginləşməsi iyulun ortalarında, Yəmənin hökumətyönlü qüvvələrinin İrandan gələn husi nümayəndə heyətini daşıyan təyyarənin enişi zamanı Sana hava limanına hücum etməsi ilə başlayıb. Husilər baş verənlərə görə Səudiyyə Ərəbistanını ittiham ediblər və ona müharibə elan ediblər. Həmin vaxtdan bəri tərəflər mütəmadi olaraq qarşılıqlı zərbələr endirirlər.

QAZİLER.AZ