Trampla bağlı kriptovalyutalar kəskin ucuzlaşdı

Trampla bağlı kriptovalyutalar kəskin ucuzlaşdı backend

ABŞ-də keçirilən aralıq seçkilərində demokratların qələbəsindən sonra ABŞ Prezidenti Donald Trampla əlaqəli kriptovalyutalar kəskin ucuzlaşıb.

Qaziler.az xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb.

"Official Trump" (TRUMP) tokeni 15% dəyər itirib. Onun kapitallaşması təxminən 40,2 milyon dollar azalaraq 455 milyon dollardan 414,77 milyon dollara düşüb. "World Liberty Financial" (WLFI) tokeni isə 4,89% ucuzlaşaraq 0,048 dollara enib, onun bazar dəyəri isə 120 milyon dollar azalaraq 1,65 milyard dollardan 1,53 milyard dollara geriləyib.

Bu fonda aparıcı kriptovalyutalar isə yüksəliş nümayiş etdirib. Bitkoin təxminən 2% bahalaşaraq 78 450 dollar, "Ethereum" 2,5% artaraq 2 320 dollar, XRP isə 2,7% artaraq 1,29 dollar olub. "Solana", "Dogecoin" və "Cardano" 1,5–2,5% aralığında yüksəlib. “Qorxu və Tamah İndeksi” (“Fear and Greed Index”) isə bazarda artan narahatlığı göstərir.

QAZİLER.AZ