“Rusiya heç kimə təhdid yaratmır” - Putin

“Rusiya heç kimə təhdid yaratmır” - Putin backend

Rusiya heç kimə təhdid yaratmır və əməkdaşlığa can atır.

Qaziler.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən mükafatlandırma mərasimində bəyan edib.

“Xüsusilə indi çox vacibdir ki, bir çox ölkələrdə, insanlar siyasi səviyyədə görsünlər ki, birincisi, Rusiya heç vaxt heç kimə təhdid yaratmayıb və yaratmır, ikincisi isə biz əməkdaşlığa can atırıq. Hələlik buna hazır olmayanlar dünyanın bir çox digər ölkələrindəki dostlarımızın nümunəsindən istifadə edərək, hər halda düzgün nəticələr çıxaracaqlar”, — deyə o bildirib.

Dövlət başçısı həmçinin ümid edir ki, xaricdə Rusiyanın qarşılıqlı fəaliyyətə hazır olduğunu görəcəklər və qarşıdurmaya can atmayacaqlar.

QAZİLER.AZ