İtaliyalı rejissor Tinto Brass vəfat edib

İtaliyalı rejissor Tinto Brass vəfat edib backend

İtalyan kinorejissoru Tinto Brass 93 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu xəbər 4 noyabrda ANSA xəbər agentliyi tərəfindən yayılıb.

"Rejissor Tinto Brass Romada vəfat edib", - agentlik Facebook-da yazıb.

Rejissorun ölüm xəbərini həyat yoldaşı Katerina Varzi və Brassın uşaqları Bonifaço və Beatriçe açıqlayıblar.

Brass iyirmidən çox film çəkib və erotik kino ustası kimi tanınıb. Onun ən məşhur əsərləri arasında "Kaliqula" (1979) və "Miranda" (1985) var. Rejissor 2009-cu ildə aktiv yaradıcılıq fəaliyyətindən təqaüdə çıxıb.

QAZİLER.AZ