Oslo Kiyevə yeni hərbi yardım ayırdı – Havada hədəflərin məhv edilməsi asanlaşacaq

Oslo Kiyevə yeni hərbi yardım ayırdı – Havada hədəflərin məhv edilməsi asanlaşacaq backend

Norveç Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemini əhəmiyyətli dərəcədə gücləndirir və bununla da rusiyalıların zərbə pilotsuz uçuş aparatlarının (PUA) və digər hava hədəflərinin məhv edilməsinə kömək edir.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Norveç və digər tərəfdaşların dəstəyi ilə Ukrayna özünün "F-16" qırıcı təyyarələrinin imkanlarını genişləndirir. Norveçin bu dəstəyi, həmçinin PUA-lara qarşı mübarizə vasitələrinin, o cümlədən uzaqdan idarə olunan silah qüllələrinin (turel) və önləyici dronların miqyasının artırılmasına kömək edir.

"Bu gün prioritetlərimiz sırasına geniş şaxələnmiş yeraltı müdafiə və logistika qurğularının, habelə idarəetmə məntəqələrinin inşası daxildir. Ukrayna döyüşçüləri nə etmək lazım olduğunu yaxşı bilirlər. Onların işini daha asan və səmərəli etmək üçün resurs, avadanlıq və texnika ilə təminatlarını artırmalıyıq", – deyə Ukraynanın müdafiə naziri Yevgen Xmara bildirib.

QAZİLER.AZ