Məşhur alman yazıçısı 95 yaşında vəfat edib

Məşhur alman yazıçısı 95 yaşında vəfat edib backend

Məşhur alman nağılçısı, "Yanoş" təxəllüsü ilə tanınan yazıçı və rəssam-illyustrator Horst Ekkert 95 yaşında İspaniyanın Tenerife adasında vəfat edib.

Qaziler.az bildirir ki, Almaniyanın DPA agentliyinin yaydığı məlumata görə, yazıçının naşiri Bernhard Fayl onun noyabrın 3-də dünyasını dəyişdiyini təsdiqləyib. Dəfn mərasiminin tarixi və yeri hələlik açıqlanmayıb.

Yanoşa dünyaşöhrətli məşhurluğu onun Balaca Ayı və Balaca Pələng barədə yazdığı uşaq kitabları, xüsusilə də 1978-ci ildə işıq üzü görən "O, nə gözəlsən, Panama!" əsəri qazandırıb. Süjetin mərkəzində xəyallarındakı ölkəni axtarmağa yollanan iki dostun hekayəsi dayanır. Müəllif öz kitablarında sevgi, dostluq, həqiqət, azadlıq və xoşbəxtliyə canatma mövzularına geniş yer ayırıb.

Uşaq ədəbiyyatı ilə yanaşı, o, yetkinlər üçün də bədbəxt uşaqlıq mövzusuna toxunan bir neçə əsər qələmə alıb. Yazıçı 1980-ci ildə səhhətini bərpa etmək üçün Tenerife adasına köçüb və sonradan orada yaşamağa davam edib. Ömrünün son illərində o, ictimaiyyət arasında nadir hallarda görünür və demək olar ki, müsahibə vermirdi.

QAZİLER.AZ