ABŞ-nin Kentukki ştatında altı yaşlı Roman Heilmanı qarlı meşədə bir neçə günü tək keçirdikdən sonra xilasedicilər tərəfindən sağ tapılıb.
Qaziler.az bildirir ki, bu barədə "Metro" məlumat verib.
Autizm diaqnozu qoyulan uşaq noyabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Yüzlərlə könüllü dronlar, helikopterlər və atlardan istifadə edərək onu axtarıblar.
Uşaq noyabrın 3-də səhər saatlarında evindən təxminən 1,5 mil (təxminən 2,4 km) aralıda tapılıb. Könüllü atlılardan birinin dediyinə görə, Roman özü kolların arasından cığırla çıxıb. Bütün bu müddət ərzində onunla qalan kiçik bir itlə birlikdə olub. Uşağın bütün bədəni tikanlardan cızıqlarla örtülsə də ümumilikdə yaxşı vəziyyətdə olub.
QAZİLER.AZ

