Almaniyada Polşadakı "Starlink" peyk rabitəsi terminalının yandırılmasını təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə Baden-Vürtemberq federal torpağının cinayət polis idarəsi məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlılar terror aktı hazırlamaqda şübhəli bilinən Türkiyə vətəndaşını noyabrın 3-də Almaniyanın cənub-qərbindəki Roytlingen dairəsində yaxalayıblar.
İstintaqın rəyinə əsasən, həmin şəxs iki həmvətəninə Polşada yerləşən "Starlink" peyk interneti terminalını yandırmaq barədə tapşırıq verib. Almaniyanın "Der Spiegel" jurnalı əlavə edir ki, saxlanılan şəxsdən döyüş sursatları və 8 ədəd mobil telefon müsadirə olunub.
Jurnalistlərin dəqiqləşdirdiyi məlumata görə, iş üzrə digər iki müttəhim Polşanın sorğusu əsasında oktyabrın 12-də Almaniyada saxlanılıb. Nürtinqen və Baden-Vürtemberqdə həbs edilən həmin şəxslər də 34 və 38 yaşlı Türkiyə vətəndaşlarıdır. Hazırda onların hər ikisinin Polşaya ekstradisiya edilməsi proseduru başladılıb.
QAZİLER.AZ

