Nigeriyada naməlum şəxslər tarlada işləyən 14 məktəblini qaçırıblar

Nigeriyada naməlum şəxslər tarlada işləyən 14 məktəblini qaçırıblar backend

Nigeriyada silahlı şəxslər mədrəsə şagirdlərini və onların müəllimini qaçırıblar.

Nigeriyada kimliyi bəlli olmayan silahlı şəxslər 14 mədrəsə şagirdini və onların müəllimini qaçırıblar. Bu barədə "Premium Times" qəzeti polis nümayəndəsi Vasiu Abioduna istinadən məlumat yayıb.

Hücum ölkənin qərbində yerləşən Niger ştatında qeydə alınıb. Hadisə baş verən anda şagirdlər Tunqan-Bako yaşayış məntəqəsinin yaxınlığında müəllimlərinin tarlasında kənd təsərrüfatı işləri ilə məşğul olurmuşlar.

Qeyd edək ki, Nigeriyada əsas terror təhlükələrindən biri 2009-cu ildə Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində yaradılmış "Boko Haram" qruplaşması olaraq qalır. Məqsədi ölkədə hakimiyyəti ələ keçirmək olan qruplaşmanın yaraqlıları müntəzəm olaraq terror aktları törədirlər.

QAZİLER.AZ