"Disney" minlərlə işçisini ixtisar edəcək

"Disney" minlərlə işçisini ixtisar edəcək backend

Amerikanın "Walt Disney Co." şirkəti illik xərclərini 20% azaltmaq məqsədilə minlərlə əməkdaşını ixtisar etməyə hazırlaşır.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, qənaətə həm iş yerlərinin ləğvi, həm də digər xərc maddələrinin azaldılması hesabına nail olunacaq. Bu optimallaşdırma qeyri-mütənasib şəkildə daha çox tematik parklara, telekanallara və kinostudiyaya təsir göstərəcək. Şirkətin baş direktoru Coş D'Amaro əldə olunan qənaət vəsaitlərinin bir hissəsini kontent istehsalına, texnologiyaların inkişafına, həmçinin parkların və kruiz biznesinin dəstəklənməsinə yenidən investisiya etməyi planlaşdırır.

"Bloomberg" vurğulayır ki, "Disney" son illərdə artıq milyardlarla dollar xərclərini azaldıb və minlərlə iş yerini ləğv edib. Ötən maliyyə ilinin sonuna olan məlumata görə, şirkətin dünya üzrə ümumi işçi sayı 231 min nəfər təşkil etmişdir.

QAZİLER.AZ