Kreml noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan Ukrayna üzrə danışıqlarda Rusiyanın iştirakını təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Moskvanın görüşdə iştirak edəcəyini Kreml sözçüsü Dmitri Peskov açıqlayıb. Onun sözlərinə görə, Rusiya nümayəndələri noyabrın 10 və 11-də Əbu-Dabidə olacaqlar.
Danışıqlar qrupunun rəhbəri yenidən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski olacaq. Beləliklə, Kreml növbəti danışıqlar raundunda iştirak etmək üçün nümayəndə heyətinin əvvəlki rəhbərini postunda saxlayıb. Peskov Rusiya qrupunun digər tərkibi və görüşün gündəliyi barədə başqa təfərrüat verməyib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqların noyabrın 10-11-də Əbu-Dabidə baş tutacağını təsdiqləmişdi. Onun sözlərinə görə, görüş işçi səviyyədə keçiriləcək. Tərəflər müharibədən sonrakı təhlükəsizlik təminatlarını, deeskalasiyanı və humanitar məsələləri müzakirə etməyi planlaşdırırlar.
QAZİLER.AZ

