"NATO təcavüzkar hərbi blokdur" - Lukaşenko

"NATO təcavüzkar hərbi blokdur" - Lukaşenko backend

Şimali Atlantika Alyansı (NATO) hücum potensialına malik təcavüzkar bir hərbi blokdur.

Qaziler.az “BelTA” agentliyinə istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O xatırladıb ki, Qərb ölkələri öz əhalisini, xüsusən də indi, şərqdən gələn uydurma təhlükə ilə qorxutmaqdan yorulmurlar. Belarus lideri qeyd edib ki, 2030-cu ildə Rusiya ilə müharibəyə hazırlaşan Qərb bunun necə bir toqquşma olacağını çətin ki dərk edir.

"Bir daha vurğulayıram: biz, ruslar və belaruslar, heç kimə hücum etmək və ya kiminləsə müharibə etmək niyyətində deyilik. Bizim prinsipial yanaşmamız dialoq və əməkdaşlıqdır", - deyə Lukaşenko bildirib.

QAZİLER.AZ