Kolumbiyanın qərbində zəlzələ qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Milli Geologiya Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Qurumun məlumatına görə, yeraltı təkanların maqnitudası 5,6 bal olub.
Seysmik aktivlik Ümumdünya Koordinasiyalı Vaxt (UTC) ilə saat 09:13-də (Bakı vaxtı ilə 13:13-də) qeydə alınıb. Zəlzələnin episentri Çaparrall yaşayış məntəqəsindən (Tolima departamenti) 22 kilometr uzaqlıqda yerləşib. Təbii fəlakətin ocağı isə 30 kilometrədək dərinlikdə yerləşib.
Hazırda xəsarət alanlar, mümkün tələfatlar və ya infrastrukturun dağılması barədə hər hansı məlumat daxil olmayıb.
QAZİLER.AZ

