Almaniya polisi Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlinə səfəri və digər yüksək rütbəli qonaqların iştirakı ilə keçirilən konfransla bağlı irimiqyaslı təhlükəsizlik tədbirləri görüb.
Qaziler.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
"Bu gün təqribən 3400 əlavə polis əməkdaşı növbətçilik edir. Məlumata görə, dəstək qüvvələri demək olar ki, bütün Almaniyadan cəlb olunub. Paytaxtdakı sürücülər tıxac və ləngimələrlə qarşılaşa bilərlər", - deyə nəşr yazıb.
Almaniya paytaxtının hökumət məhəlləsinin bir hissəsi mühasirəyə alınıb, səhər saatlarından blokpostlarda silahlı polislər növbə çəkir, snayperlərin də yer aldığı xüsusi polis bölmələri dislokasiya olunub.
Qeyd edək ki, Zelenskinin səfəri barədə əvvəlcədən məlumat verilməyib.
QAZİLER.AZ

